"Yeni Azərbaycan Partiyası (YAP) çətin tarixi dövrdə yaranıb". Bu sözləri SİA-ya YAP idarə heyətinin üzvü, millət vəkili Eldar İbrahimov partiyanın 21-ci ildönümü ilə bağlı verdiyi açıqlamasında deyib.O bildirib ki, 1990-ci ildə Azərbaycanın böhran vəziyyətində idi və o zaman ölkəni bəlalardan xilas edəcək bir siyasi qüvvəyə ehtiyac var idi. Onun sözlərinə görə, o zaman ölkəmizdə baş verən hərcmərcliyə biganə qala bilməyən şəxslər tərəfindən partiyanın yaradılması ilə bağlı keçirilən təsis konfransı ölkəmizin siyasi qüvvəsinin artmasına səbə oldu: "1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirilib. Müdrik və uzaqgörən xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini həll etdi və nəticədə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi. Böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq, partiya Heydər Əliyevin Sədrliyi ilə tezliklə Azərbaycanın bütün bölgələrində təşkilatlandı və respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi".Eldar İbrahimov həmçinin bildirib ki, hazırda partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. "Biz inanırıq ki, partiyamız gələcəkdə də yeni-yeni, möhtəşəm qələbələrə imza atacaq".
sia.az