PDF Oxu

Siyasət

  • 34

BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilir

BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirilir

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü qismində Honduras Respublikasının xarici işlər naziri xanım Mireya Aquero de Korrales ilə görüşmüşdür.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Honduras arasında ikitərəfli münasibətlərin hazırki vəziyyəti, BMT gündəliyində duran bir sıra aktual məsələlər və Mərkəzi Amerika regionundakı siyasi proseslər barədə fikir mübadiləsi aparılmışdır.

Nazir BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirmişdir.

Söhbət zamanı iki ölkə arasındakı əlaqələrin inkişafından məmnunluq ifadə olunmuşdur.

yap.org.az

Digər xəbərlər