"Yeni Azərbaycan Partiyasının müasir, müstəqil Azərbaycan dövlətinin tarixində mühüm yeri var. Partiyamızın yaşı demək olar ki, müstəqil dövlətimizin yaşı qədərdir". SİA-nın məlumatına görə, bunu YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.M.İbrahimqızı bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövləti ilə eyni addımlayır: "Bu gün Azərbaycanda bütün sahələr üzrə əldə olunan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının böyük rolu var: "Bu nailiyyətlərin qazanılmasında hər bir partiya üzvünün böyük əməyi vardır. Bütün bu xidmətlər Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq və gələcək nəsillərə çatdırılacaq. Çünki Yeni Azərbaycan Partiyası böyük bir şəxsiyyətin- çağdaş dövlətimizin banisi Ulu öndərimiz Heydər Əliyevin ideyaları ilə yaranıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanmaqdadır".
sia.az