PDF Oxu

Siyasət

  • 28

Nərimanov rayonunda YAP-ın yaradılmasının 21 illiyi qeyd edilib

Nərimanov rayonunda YAP-ın yaradılmasının 21 illiyi qeyd edilib

Bu gün Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə hakim parrtiyanın rayon təşkilatının fəalları, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri və fəal gənclər iştirak ediblər.Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, YAP və onun böyük lideri, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda -son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa biləcəkdik: "Olduqca çətin bir şəraitdə yaranan bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.A.Fərzəliyev vurğulayıb ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən cənab Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirib.Tədbirdə həmçinin YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP İdarə heyətinin üzvü Kərim Kərimov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, "91"-lərin təmsilçisi, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev və digərləri çıxış edərək YAP-ın yaranması və inkişafı tarixindən, hazırda 600 minə yaxın üzvü olan partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan danışıblar.Tədbirin sonunda YAP-ın 21-ci ildönümü münasibətilə partiya və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərinə görə fərqlənən şəxslərə hakim partiyanın Nərimanov rayon təşkilatının Fəxri fərmanları, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin adından rayonun sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına görə fərqlənən şəxslərə hədiyyə və mükafatlar təqdim edilib.Mükafat və hədiyyələrin təqdimatından sonra YAP-ın sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın vəsiqələri təqdim edilib.

sia.az

Digər xəbərlər