"Xəzəryanı dövlət başçılarının növbəti sammiti 2014-cü ilin ortalarında Həştərxanda keçiriləcək". SİA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun Moskvada keçirilən 34-cü iclasının açılışında çıxışı zamanı deyib.
S. Lavrov qeyd edib ki, gələn ilin yazında Moskvada Xəzər problemlərinə dair nazirlərin konfransı keçirilə bilər: "Xəzərin hüquqi statusu yalnız sahilyanı dövlətlər tərəfindən müəyyən edilməlidir".Qeyd edək ki, sonuncu Xəzər sammiti 2010-cu ildə Bakıda keçirilib.
sia.az