PDF Oxu

Siyasət

  • 37

Bərdədə YAP-ın yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bərdədə YAP-ın yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü münasibətilə Bərdə rayon təşkilatında tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyaraq Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin nurlu ideyalarının uğurla həyata keçirilməsində ən öncül və aparıcı rola malikdir. O, möhtərəm Prezidentimiz, Partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yüksək dərəcədə inkişaf edərək regionda lider dövlət səviyyəsinə çıxdığından, bu gün hər bir partiya üzvünün Yeni Azərbaycan Partiyası ilə fəxr etməsindən, partiyamızın siyasi liderini dəstəkləyərək onun ətrafında sıx birləşməsi barədə də fikrilərini söyləyib.

YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlar artıq davamlı hal almaqdadır. 2013-cü ildə keçirilən prezident seçkilərindən danışan natiq rayon təşkilatının bütün işləri Prezident seçkilərində qələbə qazanmaq əzmi ilə həyata keçirdiyini, fəal seçki mühiti formalaşdırdığını, yerlərdə səfərbəredici tədbirlər keçirdiyini, hər bir partiya üzvünün fəallığının təmin olunduğunu qeyd edib.

Tədbirin sonunda partiyaya yeni üzv seçilən gənclərə vəsiqələr təqdim olunub.

sia.az

Digər xəbərlər