Bu gün Yevlax rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21 illiyi münasibəti ilə partiyanın Yevlax rayon təşkilatında tədbir keçirilib. SİA-nın məlumatına görə, Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi üçün tədbir iştirkaçıları Onun abidəsi qarşısına gül dəstələri düzüblər.Tədbir YAP Yevlax rayon təşkilatının inzibati binasında davam etdirilib.YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev tədbiri giriş sözü ilə açaraq bütün siyasi həmfikirləri bu gün münasibəti ilə təbrik edib.Sonra çıxış edən natiqlər qeyd ediblər ki, xalqın istək və arzularının yeganə təminatçısı olan Yeni Azərbaycan Partiyasının əsas prinsipial istiqaməti də ölkəmizdə azad və demokratik mühitin yaradılması, vətəndaş mövqeyinin önə çəkilməsindən ibarətidir. Bu baxımdan YAP-ın ölkəmizin və eyni zamanda, regionun aparıcı siyasi qüvvəsi kimi istənilən prosesində tutduğu mövqe daha önəmlidir.Çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova vurğulayıb ki, ölkəmizdə Yeni Azərbaycan Partiyası ilə rəqabət edə biləcək ikinci siyasi partiya yoxdur.Sonda partiya üzvlüyünə yeni qəbul olunmuşlara vəsiqələr təqdim edilib, həmçinin, partiyanın bir qrup fəala Fəxri fərman və qiymətli hədiyyələr verilib.
sia.az