PDF Oxu

Siyasət

  • 33

Bəxtiyar Sadıqov: “YAP Ümummilli lider Heydər Əliyevin dühasından işıq alıb

Bəxtiyar Sadıqov: “YAP Ümummilli lider Heydər Əliyevin dühasından işıq alıb

"Yeni Azərbaycan Partiyası zamanın, dövrün partiyası kimi yaranıb. O elə bir dövrdə yaranıb ki, Azərbaycanda belə bir siyasi partiyaya böyük ehtiyac var idi". Bu sözləri SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Yeni Azərbaycan Partiyasının (YAP) 21-ci ildönümü ilə bağlı danışarkən deyib. O bildirib ki, YAP Ümummilli lider Heydər Əliyevin dühasından işıq alıb. Onun sözlərinə görə, YAP sözün həqiqi mənasında Azərbaycanın yeniləşdirilməsi istiqamətində böyük addımlar atıb və buna da nail olub: "Bu addımlar ilk olaraq Ülu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra atıldı Azərbaycanda sözün həqiqi mənasında islahatların aparılması, demokratik təsisatların yaradılması, ölkəmizin iqtisadi böhrandan çıxarılması və dünyaya inteqrasiyası üçün mühüm təməllər qoyuldu. Bu əsaslar üzərində ölkəmiz inkişaf etməyə başladı. YAP yeganə partiyadır ki, onun proqram nizamnaməsində nəzərdə tutulan bütün məsələlər müstəqil Azərbaycan dövlətinin qarşısında duran məsələlərlə üst-üstə düşür. Ona görə də partiyanın gördüyü hər bir iş, atdığı addım tək partiyanın üzvü deyil, bütün Azərbaycan xalqı tərəfindən bəyənilir və dəstəklənir".B. Sadıqov həmçinin bildirib ki, YAP özünün 21-ci ildönümünə çox əlamətdar bir vaxtda qədəm qoyur: "YAP-ın sədri, cənab İlham Əliyev 3-cü dəfə xalqından dəstək alaraq dövlət idarəçiliyinin arxasına keçmək üçün mandat aldı. Bununla da ölkə başçısının 10 il ərzində gördüyü bütün işlərin davamı və ölkəmizin daha da inkişafı təmin olundu. Son 10 ildə görülən işlər isə dünyanın bütün beynəlxalq qurum və təşkilatları, agentlikləri tərəfindən birmənalı şəkildə bəyənildi, qeyd və təsdiq edildi. Yeni Azəraycan Partiyasının liderinin yenidən ölkə başçısı seçilməsi, həm də o deməkdir ki, Azərbaycanda başlayan inkişaf və tərəqqqi davamlı olacaq . Ölkəmizdə bir sıra beynəlxalq layihələr var ki, onlar da uğurla başa çatdırılacaq və digər layihələrin təməli qoyulacaq. Bütövlükdə Azərbaycan xalqının istəklərinin gerçəkləşməsi növbəti beş ildə davam edəcək. Mən bu yubiley münasibətilə YAP-ın bütün üzvlərini və Azərbaycan xalqını təbrik edirəm və inanıram ki, partiyanın gördüyü işlər daim xalq tərəfindən dəstəklənəcək, onun sıraları genişlənəcək və bundan sonra da partiya müstəqil Azərbaycanın inkişafına öz tövhələrini verəcək".

sia.az

Digər xəbərlər