"Yeni Azərbaycan Partiyası (YAP) Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan yaratmaq istədiyi yolda yaratdığı ən nümunəvi, gərəkli bir siyasi qüvvə oldu". Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov YAP-ın 21-ci ildönümü ilə bağlı danışarkən deyib.O bildirib ki, partiya yarandığı gündən bu günə qədər Azərbaycan ictimai mühitinin formalaşmasında, azərbaycançılıq, dövlətçilik, dövlətimizin əbədiyliyi, müstəqiliyi uğrunda mübarizə aparan siyasi qüvvəyə çevrilib.Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev bu partiyanı yaratmaqla Azərbaycanda demokratik, sülhsevər, dövlətçiliyimizə sədaqət göstərən, eyni zamanda ölkəmizin müstəqilliyinin əbədi olmasını arzu edən və bu yolda çalışan qüvvələrin birliyini yaratdı: "Partiya Azəraycanda gedən ictimai-siyasi proseslərin tənzimlənməsi, nizama salınması, uğurlu islahatların aparılması, ölkə iqtisadiyyatının inkişafı, dövlət quruculuğu sahəsində ən mütərəqqi dövlət modelinin yaradılması sahəsində qarşıya qoyulan vəzifələri yerinə yetirən insanlar üçün bir yol göstəricisi, kompas oldu. YAP 21 il ərzində üzərinə düşən vəzifələri böyük ləyaqətlə yerinə yetirib. Nə yaxşı ki, bu yol Ulu öndərin varisi olan xalqımızın sevimlisi, YAP-ın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı 10 il müddətində partiyanın vahid, yekdil siyasi qüvvə olduğunu bir daha nümayiş etdirdi. Bu il keçirilən prezident seçkilərində də YAP öz qüdrətini bir daha gösərdi, xalq içərisində olan hörmətini nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası ölkə başçısına inanan və ona etibar edən insanların vahid cəmiyyətinə çevrilib".
sia.az