İtaliyanın nüfuzlu "L'Agenzia di Viaggi" xəbər agentliyinin saytında Azərbaycanın turizm imkanlarına həsr olunmuş məqalə yerləşdirilmişdir.
Məqalədə bildirilir ki, son illər Azərbaycanda neftdən əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Hazırda ölkədə neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə turizmin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.
Məqalənin müəllifi Romada ilk dəfə keçirilən Azərbaycan-İtaliya turizm forumu barədə də məlumat vermişdir. Qeyd edilmişdir ki, tədbir ölkələrimiz arasında turizm əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcəkdir. Forumda tədbir iştirakçıları Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Yazıda diqqətə çatdırılır ki, həm qədimliyin, həm müasirliyin vəhdət təşkil etdiyi Azərbaycanda daim gələcəyə istiqamətlənmiş layihələr həyata keçirilməkdədir. Müəllif bütün turistləri qədim mədəni dəyərlərə, musiqi və incəsənət nümunələrinə malik ölkəmizi kəşf etməyə çağırmışdır.
Məqalənin mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
http://www.lagenziadiviaggi.it/notizia_standard.php?IDNotizia=173211&IDCategoria=1
AzərTAc