PDF Oxu

Siyasət

  • 31

Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri vardır

Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri vardır

Yardımlı şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.

Toplantıda çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri vardır. Qeyd olunmuşdur ki, YAP siyasi təşkilat olaraq Azərbaycan cəmiyyətində, ölkənin daxilində və xaricində baş verən qlobal ictimai-siyasi proseslərin fonunda formalaşmış və püxtələşmiş bir partiyadır. Partiyanın tutduğu yolun düzgünlüyünü və xalq tərəfindən yekdilliklə müdafiə edildiyini ötən 21 ildə həyat özü dəfələrlə sübut etmişdir. Həmin müddətdə qazanılmış uğurlar, əldə olunmuş nailiyyətlər də bunu deməyə əsas verir.

Bildirilmişdir ki, YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini əzimlə nümayiş etdirir.

Daha sonra YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev partiyanın yaranmasının 21-ci ildönümü ilə bağlı məruzə etmişdir.

Toplantıda çıxış edənlər 21 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən yaradılan YAP-ın müstəqil Azərbaycanın inkişafındakı misilsiz rolundan, respublikamızın ictimai-siyasi, iqtisadi, sosial-mədəni həyatında qazanılmış uğurlarda fəal iştirakından danışmışlar.

Tədbirin sonunda YAP sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.

AzərTAc

Digər xəbərlər