PDF Oxu

Siyasət

  • 56

Yeni Azərbaycan Partiyası bundan sonra da yeni böyük zəfərlərə imza atacaqdır

Yeni Azərbaycan Partiyası bundan sonra da yeni böyük zəfərlərə imza atacaqdır

Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə yığıncaq keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar. Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirmişdir ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, ziddiyyətli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin taleyini müəyyənləşdirən ciddi siyasi qüvvəyə çevrilmişdir. Tarixi zərurətdən yaranan bu partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir.

Bu gün YAP-ın sıralarında birləşən 600 minə yaxın partiya üzvü Heydər Əliyevin ölməz ideyalarının davamçılarıdır. YAP Mingəçevir şəhər təşkilatının sıraları da bu müddətdə dəfələrlə genişlənmiş, üzvlərinin sayı 540 nəfərdən 6616 nəfərə çatmışdır. Onların 3825-ni qadınlar, 2828-ni gənclər təşkil edir.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov öz çıxışında Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mühüm rolundan, ölkəmizin dinamik sosial-iqtisadi inkişafından söz açmış, ümumi inkişaf naminə hər kəsə uğurlar arzulamışdır. O bildirmişdir ki, YAP bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun əsasında getdikcə güclənən müasir, yeni Azərbaycan yaranır. Əldə olunan böyük uğurlar, nailiyyətlər YAP-ın hər bir üzvünün qələbəsi və sevincidir. Bundan sonra da YAP Prezident İlham Əliyevin rəhbərliyi altında yeni böyük zəfərlərə imza atacaqdır.

Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

AzərTAc

Digər xəbərlər