Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının qərargahında partiyanın yaradılmasının 21-ci ildönümü qeyd olunmuşdur.
AzərTAc xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, YAP rayon təşkilatının sədri Rövşən Əhmədov və başqaları toplantıda çıxış edərək, partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, ölkəmizin ictimai-siyasi həyatındakı yerindən və rolundan, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsində xidmətlərindən danışmışlar.
Qeyd olunmuşdur ki, YAP Ağcabədi rayon təşkilatı rayonun ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Hazırda təşkilat 10 mindən çox partiya üzvünü özündə birləşdirir ki, onlardan 4114 nəfəri gənclər, 4473 nəfəri isə qadınlardır.
Tədbirdə partiya fəallarının bir qrupuna fəxri fərman və hədiyyələr, YAP-ın sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilmişdir.
AzərTAc