Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümü münasibətilə Ağdaş rayonunda "YAP Azərbaycan gəncliyi üçün perspektivli fəaliyyət platforması yaradan yeganə siyasi təşkilatdır" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, YAP rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Konfransda çıxış edənlər partiyanın yaranma tarixi, 21 ildə keçdiyi inkişaf yolu, uğurları, ölkəmizin ictimai-siyasi həyatındakı müstəsna xidmətləri haqda məlumat vermiş, YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda bütün sahələrdə dinamik inkişafa nail olunduğunu bildirmiş, bu inkişafda gənclərin də rolunun çox böyük olduğunu qeyd etmişlər.
Tədbirdə "YAP üzvü olan gənclər dövlətçiliyə sadiqdirlər", "Azərbaycan gəncliyi və müasirlik", "Gənclər YAP-ın güclü dayaqlarından biridir" mövzusunda məruzələr dinlənilmişdir.
AzərTAc