"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ikiillik fasilədən sonra baş tutub. Bu görüşə ümidlər böyükdür". Bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
F.Məmmədov bildirib ki, görüşdə XİN rəhbərləri, ATƏT-in Minsk qrupu səviyyəsində görüşlər keçirilib və danışıqlara impuls verilməsinə dair tapşırıq verilib. Onun sözlərinə görə, danışıqlara impuls verilməsi çox müsbət hal kimi dəyərləndirilir.
"İndi hansı istiqamətdə danışıqlar gedəcək, bunu zaman göstərəcək"- deyə, direktor qeyd edib.
yap.az