Gələn həftə Bakıda Azərbaycan-Fransa iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclası olacaq. Bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.
Onun sözlərinə görə, bununla bağlı Fransanın xarici ticarət naziri Nikol Brik noyabrın 25-də Azərbaycana gələcək. Komissiyanın iclası noyabrın 26-na planlaşdırılıb. İclasın gedişində ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
sia.az