"Bu hesabatda birmənalı olaraq göstərilib ki, 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərinda xalqın iradəsi tam şəkildə öz əksini tapıb. Bununla belə seçkilərin tam şəffaf keçməsi, Azərbaycan xalqının öz iradəsini ifadə etməsi, demokratik prinsiplərin qorunub saxlanılması, eləcə də ölkəmizdə keçirilən bu seçkilərin beynəlxalq ictimaiyyət, arena üçün nümunə olacağı xüsusilə vurğulanıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov noyabrın 21-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Avstriyanın paytaxtı Vyanada keçirilən toplantısında Azərbaycanda və Gürcüstandakı prezident seçkilərinin nəticələrinə dair hesabatına münasibət bildirərkən deyib.YAP Siyasi Şurasının üzvü bildirib ki, Avropada bəzən Azərbaycana və ölkəmizin qazandığı uğurlara, əldə etdiyi nailiyyətlərə qarşı qısqanclıq hökm sürüb: "Lakin faktın mövcudluğu, yəni 9 oktyabrda ölkəmizdə keçirilən prezident seçkilərində xalqın iradəsinin ortada olmasından sonra bu hadisələrə başqa don geyindirmək qeyri-mümkün idi. Əlbəttə ki, ölkəmizdə keçirilən prezident seçkilərinə qara yaxmaq, kölgə salmaq istəyənlər də istisnasız idi".Gürcüstanda keçirilən seçkilərə gəlincə A.Hüseynov qeyd edib ki, Azərbaycan-Gürcüstan arasında çox gözəl münasibətlər mövcuddur: "Gürcüstan Azərbaycanla strateji qonşu dövlətdir. Biz də çox istərdik ki, orada bütün seçkilər gürcü xalqının iradəsini əks etdirmiş formada olsun. Lakin AŞPA-nın hazırladığı hesabatda göstərildi ki, həmin seçkilər o qədər də şəffaf formada keçməyib. Məhz buna görə də AŞPA bu dövlətə qarşı iki il ərzində sanksiya tətbiq etmək və AŞPA-nın heç bir tədbirinin orada keçirilməməsi ilə bağlı tövsiyələrini verib. Lakin bütün bunların fonunda Azərbaycanda demokratik prinsiplər dövlətin əsas piroritet siysətini təşkil edir. Hətta Avropanın özü də bunu qəbul edib".
sia.az