PDF Oxu

Siyasət

  • 17

Politoloq: “Azərbaycanın balanslaşdırılmış siyasəti xeyrimizə işləyir”

Politoloq: “Azərbaycanın balanslaşdırılmış siyasəti xeyrimizə işləyir”

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini yenə də gündəmdə saxladı. Ancaq, münaqişənin həll olunması üçün heş bir addım atılmadı". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev iki ölkə prezidentlərinin görüşünü şərh edərkən deyib.Politoloq hesab edir ki, Azərbaycanın balanslaşdırılmış siyasəti bu məsələdə xeyrimizə işləyir: "Prezidentlərin iki il fasilədən sonra görüşməsi, ATƏT-in Minsk qrupuna yeni təyin olunan həmsədrlərin bu görüşdə iştirakı və əvvəlkilərdən fərqli olaraq bu görüşdən sonra hər hansı bir təmtaraqlı bir açıqlamanın verilməməsi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında baş tutan görüşü digərlərindən fərqləndirən məqamlardandır".Politoloq bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələsini yenindən gündəmdə saxlamaqla problemin həllində öz sözünü bird aha demiş oldu: "Prezident İlham Əliyev elə mövqe tutub ki, nə qərb, nə də şimal Azərbaycanı bu məsələdə sıxa bilir. Yəni balanslaşdırılmış siyasət Azərbaycanın tərəfindədir. Ancaq, Ermənistanın vəziyyəti getdikcə pisləşir".C.Nuriyev vurğulayıb ki, ATƏT-in Minsk qrupu köhnə qaydada münaqişənin həlli istiqamətində fəaliyyətini davam etdirsə, bu görüşləri yuxarıda sadalananlardan başqa fərqləndirən cəhət olmayacaq.

sia.az

Digər xəbərlər