"Yeni Azərbaycan Partiyasının 21 illik tarixi dövründə qazandığı uğurlar göz qabağındadır. Ölkəmizin günü-gündən inkişafı və istər daxili, istərsə də xarici siyasətimiz uğurla davam edir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Cavid Qurbanov hakim partiyanın 21 illik tarixi dövr ərzində qazandığı uğurlardan danışarkən deyib.Onun sözlərinə görə, insanların yaşayış rifahı günü-gündən daha da yüksəlir: "Təbii ki, bu irəliləyişlərdə hakim partiya olan YAP-ın rolu danılmazdır. Bu da Ulu öndər Heydər Əliyevin yaradıb bizlərə miras qoyduğu və gələcəyin partiyası olan YAP-ın nailiyyətləridir. Ümumiyyətlə, YAP-ın 21 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək".
sia.az