Yəhudi Birlik Fondunun və Mərkəzi Çikaqo Yəhudi Federasiyasının qəzetində Stiv Çeytmanın "Azərbaycan səfiri ABŞ və İsrail ilə sıx əlaqələri müzakirə edib" sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Çikaqo və onun ətraf ərazisindəki yəhudi icması qarşısında çıxışından bəhs edilir.Müəllif Azərbaycanın tarixi haqqında söhbət açır, bu ölkənin tolerantlığı və Azərbaycanın ölkədəki iyirmi minlik yəhudi icmasını dəstəkləməsi barədə məlumat verir. S.Çeytmanın sözlərinə görə Azərbaycan səfiri qeyd edib ki, Azərbaycanın böyük şəhərlərində, o cümlədən Bakıda Aşkinazi yəhudiləri çoxdan yaşayır, Qubadakı Sefardi icması isə qədim dövrlərdən mövcuddur."Bney Brit" təşkilatının vitse-prezidenti Den Mariaşşin tədbirdə çıxış edib. O bildirib ki, amerikalı yəhudilər Azərbaycanı həmişə özlərinin potensial dostu hesab edirlər, çünki Sovet dövründə Azərbaycan yəhudilər üçün həmişə təhlükəsiz yer olub.Səfir E.Süleymanov auditoriya qarşısında çıxışında Azərbaycanın Əfqanıstanda və İraqda aparılmış əməliyyatlarda rolu, Amerika qoşunlarının Əfqanıstana ərzaq daşıması üçün zəruri marşrutların təmin edilməsi və bu işə hərbi dəstək barədə məlumat verib.
sia.az