"Ölkə başçısının Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncam bir daha sübut etdi ki, dövlət başçısı, Azərbaycan iqtidarı dövlət ənənələrinə nə qədər sadiqdir". Bu sözləri millət vəkili, Musa Quliyev SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, ölkə başçısının sözügedən sərəncamı Azərbaycan hökumətinin müstəqil Azərbaycanın qurucularına, onların xatirələrinə hörmət və ehtiramın ifadəsidir: "İlk dəfə 1998- ci ildə Ümummilli lider Heydər Əliyevin Demokratik Azərbaycan Cumhuriyyəti qurucularının adının əbədiləşdirilməsi ilə bağlı sərəncamı olub. Bunun nəticəsində dövlət qurucularının büstü qoyuldu, onların adının əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirildi. Hazırda ölkə başçısı İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı sərəncamı da bu qəbildən olan sərəncamdır".M. Quliyev həmçinin vurğulayıb ki, sözügedən sərəncam həm də beynəlxalq əhəmiyyətə malikdir: "Bu sərəncam Azərbaycanı beynəlxalq aləmə 100 ilə yaxın tarixə malik olan bir dövlət olduğunu göstərir. Bundan əlavə sərəncam həm də bir tərbiyə dərsidir. Belə ki, sərəncam sayəsində gənc nəsil ölkəmizin müstəqilliyi yolunda mübarizə aparan, dövlətin qurulmasında böyük rolu olan şəxsləri bir daha tanıyacaq".
sia.az