PDF Oxu

Siyasət

  • 27

Təmraz Tağıyev: “Onların bu niyyəti həyata keçməyəcək”

Təmraz Tağıyev: “Onların bu niyyəti həyata keçməyəcək”

"Müxalifət artıq utanmaq limitini də bitirib"

"Cənab Prezident jurnalistlərin dostu olduğunu dəfələrlə real addımları ilə sübut edib. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş çap xərclərinə qədər bütün məsələlərdə onlara ən yaxından köməklik göstərib. Bu dostluğu qısqanan adamlar var. Bu tip adamlar isə pis niyyətlidirlər, onların ölkəmiz üçün arzuladığı heç bir pis niyyətləri həyata keçməyəcək".Bu fikirləri SİA-ya açıqlamasında YAP Nərminaov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.Bəzi müxalifətçilərin dövlət başçısı ilə mətbuat nümayəndələri arasındakı görüşü eyhamla qarşılamasına münasibət bildirən T.Tağıyev qeyd edib ki, müxalifətin bu cür bədxah qüvvələri artıq utanmaq limitini də bitirib: "Onlar artıq açıq şəkildə milli maraqlara, dövlətə düşmən olduqlarını etiraf etməyə başlayıblar. Onlar xaricdən pul alıb xarici qüvvələrin quluna çevrilən bir qrup insanlardır. İnsanın onlara yazığı gəlir. Necə ola bilər ki, dövlət başçısının baş redaktorlarla görüşünü qısqanıb, bu görüşə düşmən mövqeyi bildirəsən? Axı bu görüş mətbuatın inkişafı üçün növbəti bir təkan oldu".

sia.az

Digər xəbərlər