PDF Oxu

Siyasət

  • 27

“Arab news”: Yaxın gələcəkdə iki ölkə arasında daha 10 müqavilənin imzalanacağı gözlənilir

“Arab news”: Yaxın gələcəkdə iki ölkə arasında daha 10 müqavilənin imzalanacağı gözlənilir

Geniş oxucu kütləsinə malik nüfuzlu "Arab news" qəzetində tanınmış filippinli publisist Əbdül Hənnan Taqonun "Səudiyyə Ərəbistanının ticarət komandası Azərbaycanda investisiya, ticarət məsələlərini müzakirə edəcəkdir" sərlövhəli məqaləsi dərc olunub.AzərTAc xəbər verir ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi tərəfindən dərc etdirilmiş yazıda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Birgə Komissiyasının üçüncü iclasının dekabrın 10-11-də Bakıda keçirilməsi bildirilib.Məqalədə bu barədə Ərəb Xəbər Agentliyinə məlumatın Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyinin birinci katibi Samir Maliki tərəfindən daxil olduğu vurğulanıb. Müəllif yazısında Səudiyyə Ərəbistanın 60 nəfərdən ibarət nümayəndə heyətinə ölkənin Baş İnvestisiya Agentliyinin (SAGİA) sədri Əbdüllətif Əl-Otman başçılıq edəcəyini bildirib: "Samir Malikinin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin başçısı isə iqtisadiyyat və sənaye naziri, Birgə Komissiyanın həmsədri Şahin Mustafayev olacaqdır"."Azərbaycanın əsas ixracatı neft yağı, neft, xam neft, gəzinti gəmiləri, xam şəkər qamışıdır. Azərbaycan, həmçinin özünün pambığı ilə də məşhurdur".Yazıda Səudiyyə Ərəbistanının İnkişaf Fondunun (SİF) müxtəlif layihələrin inkişafına maliyyə dəstəyi göstərməklə Azərbaycana yardım etdiyi qeyd olunub.Müəllif yazısında vurğulayıb: "SİF 2002-ci ildə Bakıda orta məktəblərin tikintisi layihələrinin həyata keçirilməsi üçün 35,7 milyon Səudiyyə Ərəbistanı rialı məbləğində vəsait ayırıb. 2005-ci ildə Səudiyyə Ərəbistanı Hökuməti minalardan təmizlənmə əməliyyatı və ölkənin azad olunmuş ərazilərində insanların həyat şəraitinin bərpası üçün 50 min ABŞ dolları həcmində maliyyə yardımı göstərib".Müəllif məqaləsində ötən il Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayevin eksklüziv müsahibəsindən sitatlar gətirərək bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 12 müqavilə imzalanıb. Yaxın gələcəkdə iki ölkə arasında daha 10 müqavilənin imzalanacağı gözlənilir. Azərbaycanda müxtəlif sahələr üzrə dörd Səudiyyə Ərəbistanı şirkəti fəaliyyət göstərir. Bakıda ötən il onlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Səudiyyə Ərəbistanının "Sorrof" Beynəlxalq Şirkəti arasında Krallıqda neft və qaz sahəsində uzunmüddətli layihələrin həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalayıblar.Səfir deyib: "İki ölkənin liderləri arasında mövcud olan dostluq əlaqələri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb. Tibb sahəsində də əməkdaşlıq mövcuddur. Azərbaycan həkimləri Səudiyyə Ərəbistanında böyük nüfuz sahibidirlər. Həkimlərimiz dost ölkədə çalışmaqla zəngin təcrübəyə və dərin biliyə malik olduqlarını bir daha təsdiqləyiblər".1992-ci il fevralın 24-də Azərbaycanın Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr qurmasından söhbət açan müəllif 1994-cü ilin aprelində ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyinin, 1999-cu ildə isə Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyinin açıldığını qeyd edib.Məqalədə deyilir: "Azərbaycan və Səudiyyə Ərəbistanı hərtərəfli qardaşlığı inkişaf etdirirlər. Qarşılıqlı hörmət və dostluğa söykənən bu əlaqələr bizim oxşar tariximizi və ümumi İslam irsimizi gücləndirir. Xalqlarımızın mədəniyyət, adət-ənənə sahəsində oxşar kökləri vardır".Müəllif Səudiyyə Ərəbistanının ehtiyacı olan xalqlara fəal humanitar yardım edən ölkələrdən olduğunu bildirərək 1994-1999-cu illərdə Kral Fəhdin rəhbərliyi altında Krallığın Azərbaycandan olan qaçqın və məcburi köçkünlərə ərzaq, dərman və digər lazımi vəsaitlərlə humanitar yardım etməsini diqqətə çatdırıb.Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan müəllif Qarabağ müharibəsindən əziyyət çəkən bir çox insanların Səudiyyə Ərəbistanında müalicə edildiyini xüsusilə vurğulayıb.

sia.az

Digər xəbərlər