"2012-ci ildə ABŞ-la Azərbaycan arasında ticarət dövriyyəsi 2.3 milyard dollar olub". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov bildirib.Onun sözlərinə görə, indiyədək ABŞ şirkətləri Azərbaycanın qeyri-neft sektoruna 880 milyon dollara yaxın sərmayə qoyub: "Azərbaycanla ABŞ arasında kifayət qədər inkişaf etmiş geniş və intensiv iqtisadi ticarət əməkdaşlığı mövcuddur. ABŞ-ın Azərbaycanda 220 şirkəti fəaliyyət göstərir. Bu şirkətlər vasitəsilə ölkələr arasında energetika, neft-qaz, müxtəlif növ avadanlıq, kimya və yeyinti məhsulları sahəsində əməkdaşlıq edilir".
sia.az