PDF Oxu

Siyasət

  • 39

Bakıda növbəti “Azərbaycan-ABŞ İKT Forumu” keçiriləcəkdir

Bakıda növbəti “Azərbaycan-ABŞ İKT Forumu” keçiriləcəkdir

Dekabrın 3-də Bakıda "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı çərçivəsində "Azərbaycan-ABŞ İnformasiya-Kommunikasiya Texnologiyaları Forumu" keçiriləcəkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçiriləcək.

Forumun birinci plenar iclası ölkəmizin ilk telekommunikasiya peykinə və kosmos sahəsi üzrə "Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar" mövzusuna həsr olunacaqdır.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Forumda "Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları", "Azərbaycan-ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar" mövzuları ətrafında müzakirələr aparılacaqdır. Eyni zamanda, tədbir çərçivəsində "Azərbaycanın son 10 ildə inkişaf dinamikası"na dair sərginin təşkili də planlaşdırılmışdır.

yap.org.az

Digər xəbərlər