Bu il dekabrın 2-dən 5-dək keçiriləcək "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi bir sıra məhsulları ilə təmsil olunacaqdır.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, sərgidə "çip" texnologiyası ilə əlaqədar bəzi nümunələr, karbon nanotrupkaların bioloji obyektlərdə tətbiqi ilə bağlı materiallar, eyni zamanda, mərkəzdə alınan "Led" əsaslı işıqlandırma lampaları nümayiş olunacaqdır.
yap.org.az