PDF Oxu

Siyasət

  • 21

Elman Məmmədov: Minsk qrupu münaqişənin həlli istiqamətində qətiyyətli addımlar atmır

Elman Məmmədov: Minsk qrupu münaqişənin həlli istiqamətində qətiyyətli addımlar atmır

"Biz günü-gündən ordumuzu gücləndirməliyik və bu proses gedir". Bu fikri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan ordusu regionda ən güclü ordudur. Onun sözlərinə görə, ordumuzun güclənməsi nəticəsində işğalçı Ermənistanın havadarları ölkəmizlə hesablaşmaq məcburiyyətində qalacaq.

"ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində qətiyyətli addımlar atmır. Əgər sülh danışıqları nəticə verməsə, ordumuz torpaqlarımızın işğaldan azad olunması məsuliyyətini öz üzərinə götürəcək"- deyə, komitə üzvü qeyd edib.

sia.az

Digər xəbərlər