PDF Oxu

Siyasət

  • 44

“YARAT!” Müasir İncəsənət Məkanı “Future Shorts” qısametrajlı filmlər festivalının on birinci payız mövsümünü açıq elan edir

“YARAT!” Müasir İncəsənət Məkanı “Future Shorts” qısametrajlı filmlər festivalının on birinci payız mövsümünü açıq elan edir

Noyabrın 25-dən "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə "28 Cinema"da dünyanın ən böyük "Future Shorts" qısametrajlı filmlər festivalının on birinci payız mövsümünün filmləri nümayiş etdiriləcəkdir.

"YARAT!" Müasir İncəsənət Məkanından bildirmişlər ki, hazırda festivalın tamaşaçıları dünyanın 6 qitəsinin 90 ölkəsində və 325 şəhərində yaşayırlar. Mövcudluğunun 10 ilində festivalın təşkilatçıları peşəkarların və həvəskarların Monqolustan və Qazaxıstan da daxil olmaqla, Finlandiyadan Mexikoyadək ərazini əhatə edən ən böyük şəbəkəsini yaratmağı bacarmışlar. Hər il nümayişlərdə qısametrajlı filmlərin təxminən 40 min pərəstişkarı iştirak edir. Lakin təşkilatçıların planları daha irəliyə doğru uzanır.

Festivalın payız proqramına 70 beynəlxalq mükafat, Lilldə Avropa Kino Festivalının mükafatını və Brüssel Qısametrajlı Filmlər Festivalında Qran-pri almış "Amar" (rejissor Endryu Hinton, Hindistan, 2011), "Rəngli film" (rejissor Meqan o`Hara, ABŞ, 2008) sənədli filmləri, "Lal axan çay" (rejissor Anja Miruna Lazareçu, Almaniya-Rumıniya, 2011) dramı daxildir.

Proqrama, həmçinin "Whateverest" (rejissor Kristofer Borqli, Norveç-Danimarka, 2012) sənədli filmi, "A Distracai de İvan" (rejissor Cavi Borces, Qustavo Melo, Braziliya, 2009) dramı, "Bonfeather" (rejissor Natan Qillis, Kallum Patterson, Kanada, 2009) animasiya filmi və BAFTA mükafatını almış "Voyage D`Affaires" (rejissor Şon Ellis, Fransa, 2008) komediyası daxil edilmişdir.

Bakıda filmlərin nümayişi "28 Cinema"nın dəstəyi ilə dekabrın 1-dək saat 19:30-da olacaqdır.

Biletlər "28 Cinema"nın kassalarında satılır.

yap.org.az

Digər xəbərlər