PDF Oxu

Siyasət

  • 27

Hikmət Babaoğlu: Mətbuatımız həmrəy olmaqla, öz missiyasını yüksək səviyyədə həyata keçirməlidir

Hikmət Babaoğlu: Mətbuatımız həmrəy olmaqla, öz missiyasını yüksək səviyyədə həyata keçirməlidir

Prezident İlham Əliyev görüş çərçivəsində mətbuatın tarixi, inkişaf meyilləri ilə bağlı əsaslı fikirlər səsləndirməklə, Azərbaycan mətbuatını ölkəmizdə demokratiyanın bərqarar olmasında əsas vasitələrdən biri kimi göstərdi. Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi.Onun sözlərinə görə, Prezident qeyd edib ki, demokratiyanın inkişafında hakimiyyətin güclü siyasi iradəsi var və demokratik cəmiyyət azad mətbuatsız mümkün deyil."Bu mənada mətbuatımızın üzərinə böyük vəzifələr düşür. Azərbaycanda azad mətbuat ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində formalaşsa da, mətbuat 1998-ci ildə Ulu öndər Heydər Əliyevin senzuranın ləğv etməsindən sonra sözün həqiqi mənasında azad oldu. Cənab prezident onu da xüsusilə vurğuladı ki, mətbuat milli həmrəliyimizi təmin etməklə, ümummilli məsələlərdə həmrəy olmalıdı. Çünki zaman-zaman anti-Azərbaycançı mərkəzlər tərəfindən Azərbaycan mətbuatında yayılan müxtəlif qeyri-obyektiv informasiyalar ölkəmizə, dövlətçiliyimizə qarşı bir vasitə kimi istifadə olunur. İstər Dağlıq Qarabağ münaqişəsinin, istərsə də Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatımız həmrəy olmaqla, öz missiyasını yüksək səviyyədə həyata keçirməlidir" – deyə Hikmət Babaoğlu qeyd edib.Baş redaktor onu da vurğulayıb ki, ölkəmizdə hansı partiyanın mətbu orqanı olmağından asılı olmayaraq qəzetlərin satışına heç bir məhdudiyyət yoxdur."Eyni zamanda, görüşdə jurnalistika ixtisasını seçən abuturiyentlərdən xüsusi istedad imtahanının götürülməsi məsələsinə də yaxın zamanda baxılacağı da bildirildi" - deyə o, əlavə edib.

sia.az

Digər xəbərlər