"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamı Azərbaycan tarixinə və onun tarixi şəxsiyyətlərinə verilən yüksək qiymətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.Parlament üzvünün sözlərinə görə, hələ Ümummilli lider Heydər Əliyev tərəfindən ayrı-ayrı şəxslərin yubileyləri ilə bağlı sərəncamlar verilib və bunlar da dövlət səviyyəsində qeyd edilib: "M.Ə.Rəsulzadəyə gəldikdə isə deyə bilərəm ki, tarixi şəxsiyyətlər ayrı-ayrı siyasi qüvvələrin monopoliyasında ola bilməz. O, xalqın, dövlətin və tariximizindir. M.Ə.Rəsulzadənin Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasında, eləcə də ölkəmizdə müstəqillik ideyalarının yayılmasında, mühacirətdə olduğu dövrdə milli ideyaların təbliğ edilməsində böyük xidmətləri var. Bugünkü Azərbaycan dövləti də məhz onu bilir və qiymətləndirir. Bu baxımdan hesab edirəm ki, M.Ə.Rəsulzadə kimi ADR-in görkəmli nümayəndələrinin gənc nəsil tərəfindən tanınmasında və təbliğində bu sərəıncamın böyük rolu var. Düşünürəm ki, 130 illik yubileyin dövlət səviyyəsində keçirilməsi, Azərbaycan tarixinin öyrənilməsində və müstəqilliyimizin möhkəmlənməsində xüsusi rola malik olacaq".
sia.az