PDF Oxu

Siyasət

  • 20

Rüstəm Məmmədov: “Hadisələri qabaqlamaq tezdir”

Rüstəm Məmmədov: “Hadisələri qabaqlamaq tezdir”

Ukraynada Avrointeqrasiya və Rusiya siyasətinə dəstək verənlər arasındakı qarşıdurmaların hansı nəticə ilə başa çatacağı hələ də sual altındadır. Bu haqda SİA-ya açıqlama verən politoloq Rüstəm Məmmədov hesab edir ki, Ukraynada baş verənlər Avropaya inteqrasiya tərəfdarlarının prezidentin istefasının tələb etmələri ilə də nəticələ bilər.Onun sözlərinə görə, Ukrayna ilə zarafat etmək olmaz və yaxın gələcəkdə orada böyük problemlər yaşanacaq: "Ukraynada əhalinin böyük hissəsinin Qərbə yönəlməsinə baxmayaraq, bu kimi hadisələrin baş verməsi arxasında Rusiyanın da müəyyən maraqları var. Lakin hadisələri də qabaqlamaq məncə, çox tezdir ".R.Məmmədov onu da deyib ki, tərəflər zamanı çatanda konsensusa gələ bilərlər.

sia.az

Digər xəbərlər