PDF Oxu

Siyasət

  • 53

Ekmələddin İhsanoğlu: “Azərbaycan vida ziyarəti etdiyim yeganə ölkədir”

Ekmələddin İhsanoğlu: “Azərbaycan vida ziyarəti etdiyim yeganə ölkədir”

İlin sonunda İƏT-ə yeni baş katib seçiləcək

"İslam Əməkdaşlıq Təşkilatına (İƏT) rəhbərlik etdiyim 9 il ərzində Azərbaycan hökuməti mənə çox böyük köməklik göstərib. Bütün bu dəstəyə görə, başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm". SİA-nın məlumatına görə, bunu jurnalistlərə İƏT-in baş katibi Ekmələddin İhsanoğlu deyib.E.İhsanoğlu bildirib ki, quruma rəhbərlik etdiyi illər ərzində Azərbaycanın İƏT-lə əlaqələri inkişaf edib: "Azərbaycan ilk başlarda islam aləmində o qədər də tanımayan dövlət idi. Ancaq bu gün hər bir kəs Azərbaycanın nə qədər güclü, gözəl, zəngin tarixə malik ölkə olduğunu bilir. Azərbaycan islam aləmində böyük nüfuza malikdir. Bu işbirliyinin əsəri olaraq bundan hər birimiz qürur duyuruq".İƏT-in baş katibi vurğulayıb ki, Azərbaycan islam dünyasının haqlı olduğu məsələlərə hər zaman dəstək olub: "İslam ölkələri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ən böyük dəstəyi verir. Bütün çıxışlarımda bu məsələnin həll olunmasının vacibliyini vurğulamışam".E.İhsanoğlu deyib ki, bu ilin sonunda vəzifəsini yeni baş katibə təhvil verəcək: "Vəzifəmi böyük iftixar hissi ilə yeni baş katibə təhvil verəcəm. Quruma rəhbərlik etdiyim dövrdə Azərbaycanla münasibətlər çox böyük əhəmiyyətə malik olub. Azərbaycan 57 ölkə arasında vida ziyarəti etdiyim yeganə ölkədir. Çünki Azərbaycanı hər zaman vətənim kimi qəbul etmişəm".

sia.az

Digər xəbərlər