PDF Oxu

Siyasət

  • 32

Azərbaycan parlament nümayəndə heyəti Yunanıstana səfərə getmişdir

Azərbaycan parlament nümayəndə heyəti Yunanıstana səfərə getmişdir

Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin sədri, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov, Hüseynbala Mirələmov, Nazim Fərəcov və İqbal Məmmədov Afinaya səfərə getmişlər.

Milli Məclisdən AzərTAc-a bildirmişlər ki, səfər Yunanıstan parlamentinin Azərbaycan ilə dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilir. Səfər zamanı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri bu ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaq, bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqlar.

AzərTAc

Digər xəbərlər