PDF Oxu

Siyasət

  • 20

Azərbaycan-Litva ikitərəfli əlaqələri müzakirə edilmişdir

Azərbaycan-Litva ikitərəfli əlaqələri müzakirə edilmişdir

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin Seyminin yeni sədri xanım Loreta Qraujinene ilə görüşmüşdür.Görüşdə Azərbaycan-Litva münasibətləri, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Həsən Məmmədzadə Azərbaycan ilə Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, hazırda Litva Seymində Azərbaycan ilə dostluq qrupunun üzvlərinin sayı 49-a çatmışdır.

Diplomat iki ölkə arasında əməkdaşlığın inkişafında qanunverici orqanların imkanlarının maksimum səfərbər olunması məqsədi ilə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd etmişdir.

L.Qraujinene Litva Seymində bir qrup deputat tərəfindən Azərbaycan ilə münasibətlərə ziyan verə biləcək bəzi xoşagəlməz addımların atıldığını təəssüflə qeyd etmiş, gələcəkdə deputatların bu cür mənfi hallara yol verməyəcəklərinə inandığını bildirmişdir.

Görüşdə, həmçinin L.Qraujinenenin gələn il Azərbaycana səfəri məsələsi müzakirə olunmuşdur.

AzərTAc

Digər xəbərlər