Ölkəmizin İspaniya Krallığındakı səfirliyi Azərbaycan-İspaniya Ticarət Palatasının yaradılması təklifi ilə çıxış etmişdir.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat vermişlər. Qeyd edilmişdir ki, hazırda səfirlik tərəfindən palatanın təsis edilməsi imkanları və davamlı olaraq fəaliyyət göstərməsi potensialı öyrənilir.
Palatanın vəzifələri iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, İspaniya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakının təşviqi, məhsullarımızın bu ölkənin bazarına çıxarılması, qarşılıqlı biznes forumların, ticarət və sərmayə missiyalarının həyata keçirilməsi və iki ölkə arasında əməkdaşlığın inkişafına xidmət edəcək digər tədbirlərin realllaşdırılmasından ibarət olacaqdır.
yap.org.az