"Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı ölkə başçısının sərəncamı yüksək dəyərə malikdir". Bu fikri Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov deyib.
A.Məhərrəmov bildirib ki, sərəncama uyğun olaraq dövlətin bütün ali strukturları, xüsusilə elm təhsil müəssisələri M.Ə. Rəsulzadənin yubileyini qeyd edəcəklər. Onun sözlərinə görə, hər müəssisə bu istiqamətdə öz tədbirlər planını hazırlayacaq.
"Sərəncama əsasən Azərbaycanın tarixi şəxsiyyətləri seriyasından böyük ictimai-siyasi xadim, müstəqil Azərbaycan dövlətlərinin yaradıcılarından biri M. Ə Rəsulzadənin 130 illiyi qeyd ediləcək. Azərbaycan xalqı tarixi şəxsiyyətlərini, o cümlədən M. Ə Rəsulzadəni heç zaman yaddan çıxarmır. Cümhuriyyətin yaradıcıları Azərbaycanın müstəqillik bayrağını ilk dəfə yüksəldən insanlar olub"- deyə, akademik vurğulayıb.
yap.org.az