PDF Oxu

Siyasət

  • 21

Şirməmməd Hüseynov: Jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi

Şirməmməd Hüseynov: Jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi

"Mən 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi". Bunu Əməkdar Jurnalist, professor Şirməmməd Hüseynov deyib.O deyib ki, biz Vətən abadlığından yazanlarıq, Vətəni abad edən deyilik. Biz millət salamatlığından yazanlarıq: "Biz camaat tərəqqisindən yazanlarıq. Bu işləri, Vətənin abadlığı işlərini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Millət salamatlığını kim təmin edir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Camaat tərəqqisini kim həyata keçirir? Siz və Sizin başçılıq etdiyiniz iqtidar. Müstəqilliyimizin qarantı kimdir? Siz! Ona görə əgər Siz bu işləri görməsəniz biz jurnalistlər nə yazarıq? Bizim vəzifəmiz nə olar? Ona görə də Sizə "Jurnalistlərin dostu" adını vermək qanunidir, təbiidir, seçim düzdür. Sizi təbrik edirik".Şirməmməd Hüseynov həmçinin, Prezident İlham Əliyevə Rəsulzadə ilə bağlı Sərəncama görətəşəkkürünü bildirib: "Təşəkkürüm var Sizə. Mənim səksən doqquz yaşım var, gələn il 90 olacaqdır. Arzu edirəm mənim qədər yaşayasınız. Mən ömrümün böyük bir hissəsini Cümhuriyyət tarixini öyrənmək işinə sərf etmişəm. Çünki 110 il müstəmləkəçilik rejimindən sonra 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi. Bu işin təşkilatçıları var idi. Srağagün Məmməd Əmin Rəsulzadə ilə bağlı Sərəncam vermisiniz. Mən Məmməd Əmin Rəsulzadənin bütün irsini öyrənən, çap edən adamam. Dörd cildini buraxmışam. Beşincini hazırlayıram. Təxminən 15 min səhifə. Mən ərəb əlifbası ilə yazılmış 30-40 qəzetin səhifələrini axtarmışam, bunları toplamışam. Ürəyimdə deyirdim ki, bunları, mən yazmamışam və heç yana da müraciət edən deyiləm. Srağagün Sərəncamınızı oxuyanda dedim ki, görəsən Prezident haradan bilirdi ki, mənim ürəyimdən bu, keçirdi? Yazmırdım, demirdim. Amma qəzetdə yazılmışdı ki, Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məmməd Əminlə mənim aramda cəmisi 40 yaş fərqi vardır".

yap.org.az

Digər xəbərlər