PDF Oxu

Siyasət

  • 40

Rəşad Məcid: “Bu gün də mediamızın xarici təsirdən uzaq olmasını arzulamağınız barədə biz həmişə düşünürük”

Rəşad Məcid: “Bu gün də mediamızın xarici təsirdən uzaq olmasını arzulamağınız barədə biz həmişə düşünürük”

"Mətbuat Günündə o görüşün həyəcanı ötməmiş yenidən bizimlə bir yerdəsiniz, yenidən Sizinlə görüşürük. Qısa müddət olmasına baxmayaraq həmin görüşdən sonra bir sıra mühüm hadisələr baş verdi. Birincisi, jurnalistlər yenə öz seçimlərini etdilər, Sizi Azərbaycan jurnalistlərinin dostu elan etdilər. Sonra Azərbaycanda böyük bir proses oldu - prezident seçkiləri keçirildi və Siz prezident seçkilərində parlaq qələbə qazandınız. Həm ikinci dəfə "jurnalistlərin dostu" adını almağınız, həm də böyük səs çoxluğu ilə yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm". Bunu "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib.O, deyib ki, seçki ərəfəsində biz sadə insanlarla görüşürdük, onların Sizə münasibətini görürdük: "Seçki günü müşahidə edirdik ki, insanlar necə sevinə-sevinə, bayrama gedirmişlər kimi seçki məntəqələrinə gəlirdilər. Bu sevgini, bu məhəbbəti qazanmaq əlbəttə, böyük şərəfdir. Siz bunu öz fəaliyyətinizlə qazanmısınız. Biz bundan qürur duyuruq.Sizin mətbuatla bağlı fikirlərinizə hər zaman diqqət yetiririk. İndi də çox dəyərli fikirlər dediniz. Bundan öncə Sizin Bakıda keçirilən sonuncu Humanitar Forumda dediyiniz fikirlər həm Forum iştirakçıları, həm media tərəfindən çox rəğbətlə qarşılanmışdı. Bir balaca öz gileyinizi bildirdiniz, medianın ancaq mənfi məsələləri daha çox qabartdığını vurğuladınız. Təəssüf ki, bəzi media orqanları ancaq kin-küdurət yaymaqla daha çox diqqət cəlb etmək, populyarlıq qazanmaq niyyəti güdürlər. Hətta belə olur ki, pis bir ənənə yaranır. Bizim gənc, yeni fəaliyyətə başlayan jurnalistlər bu yolu tanınmağın yolu kimi qəbul edirlər. Mənim yadımdadır ki, iki il öncə jurnalistika fakültəsinin tələbələri bir sayt açmışdılar. Həmin saytın ilk xəbərlərindən biri də ekskluziv bir xəbər kimi bir az da çox qürurla ki, bu xəbəri ilk dəfə biz verdik, yaşlı bir şairin ölümü barədə yazmışdılar. İndi aradan iki il keçib, şair Allaha şükür, sağ-salamatdır. Onda mən onları aradım və dedim ki, bəd xəbəri tez verməyə heç vaxt tələsməyin. İllah da ki, o bəd xəbər yalan ola. Amma bu ənənə hesab edirəm ki, çox pis ənənədir. Mətbuat insanları artıq elə bil ki, xəstə salır, onların təzyiqini qaldırır. Bu barədə Sizin dediyiniz fikirlər çox aktualdır. Mən başqa ölkələrdən də dediyim kimi, Forum iştirakçılarının bu narahatçılığını gördüm. Arzu edirəm ki, bizim sənətimiz, bizim peşəmiz ancaq xoş müjdələri yayan bir sənət kimi tanınsın, insanlarda mənfi məqamlar qoymasın.Sonra Mətbuat Şurası binasının açılışında Sizin həm vətənpərvərliklə, həm mətbuata xarici təsirlə bağlı dediyiniz fikirləriniz, bu gün də bizim mediamızın xarici təsirdən uzaq olmasını arzulamağınız barədə biz həmişə düşünürük. Biz bilirik ki, illərlə müstəqilliyin xiffətini çəkmiş, arzulamış bir ölkəni sağdan, soldan, şimaldan, cənubdan çoxlu istəməyənlər, paxıllar, gözü götürməyən ölkələrin olduğu bir vaxtda müstəqilliyini qorumaq, saxlamaq, heç kimə əyilməmək, eyni zamanda da inkişaf etdirmək, gözəlləşdirmək çox çətin, ağır bir prosesdir.Bu prosesdə əlbəttə, xarici qüvvələrin marağı vardır ki, Azərbaycanda hansısa narazılıqlar, narahatlıqlar olsun. Əgər bizim hansısa mediamız bu niyyətlərin güdazına gedirsə, buna dəstək verirsə, bəzən özgə, düşmən dəyirmanına su tökürsə əlbəttə ki, bu, bağışlanmazdır. Sizin bu narahatlığınızı başa düşürük və inanıram ki, bütün mediamız bu məsələdə Sizin fikirlərinizlə, dediyiniz vətənpərvərlik məqamları ilə həmrəy olacaqdır.Mən bu görüş barədə dünən İstanbuldan beynəlxalq konfransdan gələrkən Atatürk hava limanında zəngdən eşitdim. Əvvəl bir az karıxdım, fikirləşdim ki, ya günləri qarışdırmışam ya səhv eşitmişəm. Çünki bazar günündə belə bir görüşün olmasını fikirləşmirdim. Amma dəqiqləşdirəndən sonra təsirləndim. Əlbəttə, təyyarədə də bu barədə düşündüm.Əvvəla onu deyim ki, həmin beynəlxalq konfransda bir sıra ölkələrdən alimlər iştirak edirdilər. Onlar Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumdan qayıtmışdılar. Onlar Azərbaycan, Bakı, Sizin haqqınızda çox ürəklə danışırdılar. Bəziləri Forum çərçivəsində Naxçıvanda, Qəbələdə olmuşdular, çox heyranlıqla, ağızdolusu bəyəndiklərini bildirirdilər.Mən təyyarədə dostluq barədə düşündüm, müdriklərin fikirlərini xatırladım ki, dostluq nədir, necə olmalıdır. Düşündüm ki, dostluq insanın gözləmədiyi çətin bir məqamda hayına yetmək, qeybdən var olan kimi onun hansısa bir problemini həll etməkdir. Bu mənada 7-8 il öncə Azərbaycan yazılı mətbuatı yenə bir çətinlik yaşayırdı. Onu da deyim ki, ilk dəfə 2001-ci ilin dekabrında yazılı mətbuat üçün çox böyük, ağır bir proses olanda ümummilli lider Heydər Əliyev o vaxt mətbuatı, yazılı mətbuatı, qəzetləri məhv olmaqdan xilas etmişdi. Belə bir proses isə yeni medianın ortaya çıxması, qəzet satışında, reklam bazarında olan problemlərlə bağlı yarananda biz düşünürdük ki, bizim işimiz, məsləkimiz, ömrümüzü həsr etdiyimiz və zövq aldığımız bu sənəti davam etdirə biləcəyikmi? Qəzetlər bağlanmaq təhlükəsindədir, qəzetlərin iqtisadi imkanları məhduddur. Belə bir vaxtda qeybdən böyük dost əli çiynimizə qonub və fond yaranıb. O Fondun sayəsində biz rahat nəfəs alırıq və qəzetlərimizin fəaliyyətindən əmin oluruq.Sonra biz fikirləşirik ki, əməkdaşlarımız, uzun illər mediada çalışan işçilərimiz artıq vaxt keçir, yaşlaşırlar, bəzilərinin artıq övladları böyüyüb, kirayədə qalırlar. Belə bir vaxtda da yenə bizim böyük dostumuzun əli köməyə çatır və Siz 156 jurnalisti mənzillə mükafatlandırırsınız.Bu gün də sonuncu belə bir təəccübümüz onda oldu ki, bazar günü, bu gün Azərbaycanda da, dünyada da çox siyasi xadimlər dövlət adamları, tanınmış insanlar vardır ki, Sizinlə görüşməyin həsrətini çəkirlər, çox istəyirlər Sizinlə görüşsünlər. İstirahət günündə ailənizə, doğmalarınıza ayıracağınız vaxtı bizə sərf edirsiniz. Mən hesab edirəm ki, bu da dostluğun böyük nümunəsidir. Biz Sizinlə dost olmaqdan qürur duyuruq. İndicə dediniz ki, Siz də dostluğa sadiqsiniz. Elə bilirəm ki, Siz başqa dövlət başçıları, siyasət adamları üçün bir nümunəsiniz ki, media ilə, jurnalistlərlə belə dost olmaq olar.Buna görə də Sizə hədsiz təşəkkürümü bildirirəm. Azərbaycan mətbuatına verdiyiniz dəyərə və bizim jurnalistlərə bu cür ürək qızdırdığınıza görə çox minnətdaram, çox təşəkkür edirəm".

sia.az

Digər xəbərlər