"Cəmil Həsənli və "Milli Şura" çox ciddi işlərlə məşğul olur. Bəzi dairələrdən mənə verilən məlumata görə, onlar Azərbaycanda növbəti parlament, bələdiyyə seçkilərində atmaq istədikləri addımları reallaşdırmaqdan ötrü güclü hücum taktikası seçiblər". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Cəmil Həsənlinin Amerika Birləşmiş Ştatları (ABŞ) səfərinin yekununa münasibət bildirərkən deyib.Partiya sədri hesab edir ki, əks tərəf bizə qarşı çox ciddi hücumlara keçib: "Cəmil Həsənlinin ABŞ səfəri, orada keçirilən görüşlər və Azərbaycan hakimiyyətinin daxilində müəyyən insanlara mesajların verilməsi və s. bütün bunların hər biri dövlət başçısına xəyanətə hesablanıb. Onlar mənə çox ciddi təpkilər göstərir ki, Cəmil Həsənli, "Milli Şura" və müxalifətin digər qanadı haqqında heç bir fikir söyləməyim. Mən də bu yaxınlarda böyük bir mətbuat konfransı keçirəcəm. Çalışacam ki, Azərbaycanda əl altında gedən, qapalı çevrənin apardığı siyasəti ifşa edim. Bunlar sadəcə olaraq xarici dövlətlərin dəstəyini alaraq, güclənmək istəyirlər. Hətta Rüstəm İbrahimbəyov da Moskvada bəzi dairələrlə qapalı görüşlər keçirir. Hesab edirəm ki, Cəmil Həsənliyə qarşı çox ciddi mübarizə üsulu işlənib hazırlanmalıdır".
sia.az