PDF Oxu

Siyasət

  • 26

"M.Ə.Rəsulzadə ilə bağlı atılan addım uğurlu siyasətin nəticəsidir"

"M.Ə.Rəsulzadə ilə bağlı atılan addım uğurlu siyasətin nəticəsidir"

"Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamasını nəyinsə xətrinə etdiyini düşünmək ağla sığmazdır. Ölkə başçısı son addımlarında, əsasən də andiçmə mərasimində bir sıra dəyərli fikirlər səsləndirmişdi. Cənab prezident hər zaman milli maraqlarımızın əsas götürüləcəyini vurğulayıb". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev mövcud sərəncamı şərh edərkən deyib.Onun sözlərinə görə, sərəncamın imzalanması kiməsə edilən jest deyil: "Ona görə də Prezident İlham Əliyevin bu addımını alqışlayır və yüksək qiymətləndirirəm. Keçmişimizə xoş baxmaqla gələcək ənənələrin bünövrəsini qoymuş oluruq. Vətənlə bağlı zərrə qədər də olsa əməyi olanlara normal şəkildə münasibət olursa və xatırlanırsa, eləcə də onun adı əbədiləşirsə, bu həm də vətənpərvərlik ruhunun cəmiyyətdə yüksəlməsinə səbəb olur"."Prezident İlham Əliyev dəfələrlə çıxışı zamanı qeyd edib ki, hər hansı bir ənənəmiz varsa, bunu hər zaman qorumağa çalışacağıq. Bizim özümüzə aid olanları sağlam şəkildə gələcəyə ötürəcəyik. Prezident nitqində onu da bildirib ki, itirdiyimiz torpaqlarımızı azad edəcəyik. Bu da təbii ki, bizim strateji hədəfimizdir. Bütün bu kimi ifadələrdən sonra M. Ə. Rəsulzadə ilə bağlı atılan addım uğurlu siyasətin nəticəsidir" – deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər