PDF Oxu

Siyasət

  • 34

Ülvi Quliyev: “Cənab Prezident həqiqətən də jurnalistlərin dostudur”

Ülvi Quliyev: “Cənab Prezident həqiqətən də jurnalistlərin dostudur”

"Cənab Prezidentin jurnalistlərlə keçirdiyi görüş ölkəmizdə azad mətbuatın inkişafına göstərilən diqqət və qayğının göstəricisidir. Cənab Prezident bu görüşdə dəyərli mesajlar verdi". SİA-nın məlumatına görə, bunu dövlət başçısının media qurumlarının rəhbərləri ilə görüşünə münasibət bildirən millət vəkili Ülvi Quliyev deyib.Prezident İlham Əliyevin jurnalistlərlə görüşünü yüksək qiymətləndirən millət vəkili qeyd edib ki, bu görüş təqdirəlayiqdir: "Dövlət başçısı Azərbaycanda mətbuatın inkişafına daima dəstək verib, kütləvi informasiya vasitələrinin formalaşdırılması istiqamətində böyük addımlar atıb. Cənab Prezidentin budəfəki görüşü də yaddaqalan oldu. Belə ki, bu görüşdə mətbuatın hazırkı durumu müzakirə olundu, bu sahədəki çatışmazlıqların həlli üçün yerindəcə göstərişlər verildi. Cənab Prezident medianın inkişafı istiqamətində atdığı real addımlarla dəfələrlə sübut edib ki, həqiqətən də jurnalistlərin dostudur".

sia.az

Digər xəbərlər