"Cənab Prezident jurnalistlərin əməyinə çox böyük qiymət verir. Dövlət başçısının tapşırığı ilə ölkəmizdə mətbuat sahəsində çox böyük və dünyaya nümunə olacaq addımlar atılır". Bunu SİA-ya açıqlamasında Prezidentin media qurumlarının rəhbərləri ilə görüşünə münasibət bildirən millət vəkili Eldar İbrahimov deyib.O qeyd edib ki, əgər ölkə rəhbərliyi jurnalistə diqqət və qayğı göstərirsə, bu jurnalist üçün qürur və şərəf məsələsi olmalıdır: "Cənab Prezident media qurumlarının rəhbərləri ilə görüşündə də dedi ki, mən dostluqda sadiqəm. Bu o deməkdir ki, dövlət başçısı bundan sonra da mətbuata diqqət və qayğı göstərəcək, bundan sonra da mətbuatla dostluq edəcək".
sia.az