PDF Oxu

Siyasət

  • 33

"Prezidentin bu addımını bütün ictimaiyyət təqdir edir”

"Prezidentin bu addımını bütün ictimaiyyət təqdir edir”

"Məmməd Əmin Rəsulzadə milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş şəxsiyyətdir. Siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə misilsiz töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin təntənəli şəkildə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncam, dövlət başçısının Azərbaycanın ictimai-siyasi tarixinə hörmətinin bariz nümunəsidir". SİA-nın məlumatına görə, bu fikirləri millət vəkili Musa Qasımlı mövcud sərəncamı şərh edərkən deyib.O bildirib ki, bu Sərəncamın verilməsi ilə Azərbaycan tarixində misilsiz xidmətləri olan bu görkəmli şəxsiyyətin yubiley tədbirləri keçiriləcək: "Bu qərar çərçivəsində M.Ə.Rəsulzadənin keçdiyi həyat yoluna nəzər salınaraq, onun haqqında məqalələr, monoqrafiyalar dərc ediləcək. Ölkə Prezidentinin bu addımını bütün ictimaiyyət nümayəndələri təqdir edir".

sia.az

Digər xəbərlər