PDF Oxu

Siyasət

  • 41

Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçirilir

Noyabrın 26-da Bakıda Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 7-ci iclası işə başlamışdır.

Azərbaycan tərəfdən komissiyanın həmsədri maliyyə naziri Samir Şərifov, Fransa tərəfindən isə həmsədr xarici ticarət naziri xanım Nikol Brikdir.

İclasın açılışında maliyyə naziri Samir Şərifov çıxış edərək bildirmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə böyük töhfə verir, iqtisadi münasibətlər uğurla inkişaf edir. Azərbaycan MDB ölkələri arasında Fransanın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. İndiyədək iki ölkə arasında müqavilə-hüquq bazasını təşkil edən 42 sənəd imzalanmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan və Fransa arasında əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən ticarət və investisiya, şəhərsalma, enerji sektoru, mülki aviasiya və aeronaftika, maliyyə, təhsil, kənd təsərrüfatı, idman, bərpa olunan enerji, nəqliyyat, ətraf mühit sahələrini əhatə edir.

yap.org.az

Digər xəbərlər