PDF Oxu

Siyasət

  • 32

Tahir Rzayev: “ABŞ konqresmenləri Dövlət departamentinin hesabatlarını alt-üst etdilər”

Tahir Rzayev: “ABŞ konqresmenləri Dövlət departamentinin hesabatlarını alt-üst etdilər”

"Azərbaycanda səfərdə olan ABŞ konqresmenlərinin ölkəmizi siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkə kimi qiymətləndirmələri ABŞ Dövlət departamentinin yaydığı bəzi qərəzli hesabatları alt-üst etdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Millət vəkilinin sözlərinə görə, ABŞ nümayəndələri səfər zamanı ölkədə gedən inkişafla yaxından tanış olmaqla öz qiymətlərini veriblər: "Azərbaycana səfər edən dövlət və hökumət nümayəndələri buradan yalnız xoş təəssüratlarla ayrılırlar".Millət vəkili onu da qeyd etdi ki, bütün sahələrdə gedən inkişafı görməmək mümkün deyil: "Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də sosial sahələrdə bir çox uğurlar əldə edib. Bəzi ABŞ nümayəndələri isə Azərbaycan haqqında işlərini ancaq yalan, böhtan üzərində quran mətbuatdan tanış olurlar, qeyri-obyektiv bəyanatlarla çıxış edirlər. Bu kimi ziddiyyətli bəyanatlar da ondan qaynaqlanır".

sia.az

Digər xəbərlər