PDF Oxu

Siyasət

  • 18

Zahid Oruc: “ “Öndəgedənlər” müxalifətin formalaşmasına əsaslı maneçilik törədir“

Zahid Oruc: “ “Öndəgedənlər” müxalifətin formalaşmasına əsaslı maneçilik törədir“

" "Milli Şura" qeyri-legitim bir təşkilatdır və faktiki olaraq müxalifətin vahidliyini özündə ehtiva etmir. Bunu da ilk növbədə özləri bilirlər". Bu fikirləri SİA-ya millət vəkili Zahid Oruc son zamanlar radikal müxalifət daxilində baş verən fikir ayrılıqlarına münasibət bildirərkən deyib.Millət vəkili bildirib ki, bu quruma daxil olan şəxslərin hər birinin digərinə münasibətinin təhlili zamanı onların hakimiyyətdən çox bir-birlərinə antipatiyasının olduğu müşahidə edilir: "Bu gün onlar arasında çox ciddi fikir ayrılıqları var. "Milli Şura" elə bir donuq vəziyyətə gəlib çatıb ki, onu müxalifətin əvvəlki "birlikləri" kimi tarixin arxivinə asanlıqla göndərmək mümkündür. "Milli Şura"dakıların başlıca problemi, vahid lider tapa bilməməkdə, komanda formalaşdırmağı bacarmamaqda, çevrələrində olan qüvvələri vahid hədəfə kökləyə bilməməkdə deyil, bütövlükdə cəmiyyət həyatına, ölkənin real gündəminə, bölgənin və dünyada gedən proseslərə uyğun davranış sərgiləyə bilməməsindədir. "Milli Şura"da milli şüur birliyi yoxdur. "Milli Şura"dakılar öz aləmlərincə hökumətin fəaliyyətinə, parlamentə alternativ bir formada meydana çıxmışdılar. Ona görə də sayları 129 nəfərdən ibarət idi. İndiyə qədər hər hansı bir qanun layihəsi onların timsalında görülübmü? Guya müxtəlif sahələr üzrə komissiyalar formalaşdırıb, ancaq onların işləkliyi nədən ibarət olub? Fəal Azərbaycan vətəndaşı öz mövqelərini müəyyənləşdirərkən bu qurumun baxışlarını nə qədər nəzərə alır?"Z.Oruc vurğulayıb ki, müxalifət özü-özünü formalaşdırmalıdır: "Əlbəttə bu, iqtidarın əli ilə yaradıla bilməz. Onların "öndəgedənləri" müxalifətin formalaşdırılmasına əsaslı maneçilik törədir və cərgələrindəki ikinci, üçüncü şəxslərin önə çıxması əngəllənir. Azərbaycan müxalifəti yeniliyə qapalıdır. Media onların müxtəlif bəyanatlarını işıqlandırmaqla guya yaşarlılıq verir. Reallıq isə onların siyasi fəalliyyətinin olmamasını göstərir".

sia.az

Digər xəbərlər