"Ölkə başçısının Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncamı çox əlamətdar bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O bildirib ki, ölkə başçısının bu addımı alqışalayiqdir. Millət vəkilinin sözlərinə görə, ölkənin tarixində unudulmaz izlər buraxan insanların xatirəsi hər zaman anılmalıdır: " Tarix unudulmur. Gördükləri işin böyük və kiçikliyindən asılı olmyaraq, əgər adlarını tarixə yazıblarsa, onların hər zaman xatırlanması və gələcək nəsillərə çatdırılması çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncamı onun gələcək nəsillərin yaddaşında ilk Demokratik Cümhuriyyətin yaradıcısı kimi qalmasında əvəzsiz rola malikdir. Ölkə başçısının bu addımı həm keçmişə qayıdış, həm də gələcəyə bir baxış idi. Buna görə dövlət başçısına təşəkkür edirik".
sia.az