PDF Oxu

Siyasət

  • 44

Minskdə MDB iştirakçısı olan ölkələrin Teleradio Təşkilatları Rəhbərləri Şurasının iclası keçiriləcəkdir

Minskdə MDB iştirakçısı olan ölkələrin Teleradio Təşkilatları Rəhbərləri Şurasının iclası keçiriləcəkdir

Noyabrın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsində MDB iştirakçısı olan ölkələrin Teleradio Təşkilatları Rəhbərləri Şurasının iclası keçiriləcəkdir.Şura üzvləri iclasda qələbənin 70 illiyinin hazırlanmasında və və bayram edilməsində, 2013-2014-cü illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının həyata keçirilməsində, Turizm İlinin Birlik dövlətlərində işıqlandırılmasında MDB-nin iştirakçısı olan ölkələrin dövlət və ictimai teleradio təşkilatlarının iştirakına dair məsələləri müzakirə etmək niyyətindədirlər.Bundan əlavə, görüş iştirakçıları sənədli filmlər sahəsində birgə məhsulun yaradılması imkanlarını müzakirə edəcək, dövlətlərarası İnformasiya Pulunun fəaliyyətini təhlil edəcək, rəqəmsal yayıma keçidə hazırlıq və hamının izləyə biləcəyi teleradio kanallarının təşkil edilməsi məsələlərini və bir sıra digər məsələləri müzakirə edəcəklər.MDB iştirakçısı olan ölkələrin Dövlət və İctimai Teleradio Təşkilatları Şurası Rəhbərləri Şurası 2007-ci ildə yaradılmışdır. Onun işində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistan nümayəndələri iştirak edirlər.Birlik ölkələrinin teleradio təşkilatlarının birgə fəaliyyətini əlaqələndirmək, teleradio yayım sahəsində çoxşaxəli proqram və tədbir layihələrinin hazırlanması və həyata keçirilməsi, texniki təchizat və yaradıcılıq prosesi sahəsində razılaşdırılmış siyasətin yeridilməsi, teleradio mübadiləsinin çoxtərəfli yaradıcılıq pulları prinsiplərinə uyğun normativ-hüquqi tənzimləmə üzrə təkliflərin işlənib hazırlanması Şuranın əsas funksiyalarıdır.

yap.org.az

Digər xəbərlər