PDF Oxu

Siyasət

  • 31

Zəlimxan Məmmədli: “Ermənistan nə Gürcüstana, nə də Azərbaycana tərəfdaş ola bilməz”

Zəlimxan Məmmədli: “Ermənistan nə Gürcüstana, nə də Azərbaycana tərəfdaş ola bilməz”

"Ermənistan nə Gürcüstana, nə də Azərbaycana tərəfdaş ola bilməz". Bu haqda SİA-ya açıqlamasında "Borçalı" İctimai Birliyinin sədri, politoloq Zəlimxan Məmmədli bildirib.Onun sözlərinə görə, Gürcüstanın xarici siyasət konsepsiyasının əsas xəttləri müəyyənləşdirilib və birmənalı şəkildə Avroatlantik məkana inteqrasiya həmin sənəddə öz əksini tapmaqdadır.Bununla yanaşı Z.Məmmədli bildirib ki, Gürcüstanın indiki zamanda Rusiya ilə iqtisadi əlaqələr qurmaq, müəyyən mənada siyasi mövqe daşımır: "Digər baxımdan isə Gömrük İttifaqı müəyyən mənada həm siyasi, həm də diplomatik mövqe daşıyır. Gürcüstan Gömrük İttifaqına girərsə, düşünürəm ki, bu düşünülmüş siyasi gediş olacaq".Politoloq sonda əlavə edib ki, Gürcüstan və Azərbaycan hazırda azad siyasi xətt üzrə irəliləməyə üstünlük verir.

sia.az

Digər xəbərlər