PDF Oxu

Siyasət

  • 27

"Ölkəmiz hər zaman AB ilə münasibətlərin inkişafında maraqlıdır"

"Ölkəmiz hər zaman AB ilə münasibətlərin inkişafında maraqlıdır"

"Artıq Prezident İlham Əliyevin də Vilnüsdə keçiriləcək III Şərq tərəfdaşlığı sammitində iştirak edəcəyi bəllidir. Ölkəmiz hər zaman Avropa Birliyi ilə münasibətlərin inkişafında maraqlıdır". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Nəsirli sabah Vilnüsdə keçiriləcək sammiti şərh edərkən deyib.Onun sözlərinə görə, Azərbaycan cənub dəhlizi çərçivəsində Avropa Birliyi ilə enerji sahəsində xüsusi münasibətlər yaradıb: "Təbii ki, bizi bu sahədə müəyyən maraqlar birləşdirir. Bu həm regional təhlükəsizlik, həm enerji, həm də iqtisadi-siyasi maraqlardır. Məsələyə bu kontekstdə yanaşdıqda, Azərbaycan avroatlantik məkəna inteqrasiya siyasətinə sadiqdir. Bu nöqteyi nəzərdən Azərbaycan Avropa Birliyi ilə əlaqələri bundan sonra da genişləndirməyə maraqlı tərəfdir. Lakin istənilən inteqrasiya prosesi ilk növbədə dövlətimizin milli maraqlarına əsalarına və müdafiəsinə söykənməlidir".Siyasi şərhçi onu da bildirib ki, Avropa Birliyinə daxil olan ölkələrlə əlaqələrdə inkişaf o səviyyədə olmalıdır ki, orada milli maraqlar yetərincə müdafiə edilə bilsin: "Buna görə də Azərbaycan Avropa Birliyinin tərkibinə daxil olan ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması barədə sazişin imzalanmasında tələsik qərar qəbul etməyə maraqlı deyil. Çünki biz geopolotik vəziyyəti hər zaman nəzərə alırıq. Hər hansı bir addım atdıqda, sonradan müəyyən problemlərlə rastlaşmaq istəmirik".O, həmçinin qeyd edib ki, sabah keçiriləcək sammitdə Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin imzalanmasına xüsusi önəm verilir: "Bu istiqamətdə qarşı tərəflə uzun müddət idi ki, danışıqlar gedirdi. İlk növbədə müəyyən kateqoriyadan olan insanlar üçün sadələşdirilmiş viza rejimi tətbiq edilməlidir. Bura elm insanları, jurnalistlər, idmançılar, dövlət xadimləri aiddir. İnkişafın sonrakı mərhələsində kateqoriyaların sayı daha da artırıla bilər. Hətta elə bir zaman gəlib çatar ki, viza rejimi tamamilə ləğv edilə bilər. Sammitdə bu məsələnin olması bizim Avropa Birliyindəki ölkələrlə olan təmaslarımızı gücləndirəcək və nəticədə müxtəlif sferalarda daha münbit şərait təmin ediləcək".Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin də noyabrın 28-29-da iştirak edəcəyi Vilnüsdə keçiriləcək III Şərq tərəfdaşlığı sammitində Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanması planlaşdırılıb. Əsas müzakirə mövzusu proqram iştirakçısı ölkələrlə assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonasının (DCFTA) yaradılması barədə sazişin imzalanmasında əldə edilən tərəqqi olacaq. Gürcüstan və Moldova ilə assosiasiya və DCFTA sazişinin paraflanması gözlənilir. Ukrayna ilə eyni sazişin imzalanması məsələsi isə hələ masadadır. Bundan başqa, Gürcüstanın AB-nin böhranların idarə edilməsi üzrə missiyalarında iştirakı haqda çərçivə sazişinin imzalanması və Ukrayna ilə aviasiya üzrə sazişin paraflanması da nəzərdə tutulub. Zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə qəbul olunacaq.

sia.az

Digər xəbərlər